Bundan sonra rüşeym gövdəciyi boy ataraq öz ləpəsini və xırda tumurcuğunu torpağın səthinə çıxarır. Tumurcuqdan lobyanın yarpaqlı yerüstü gövdəsi inkişaf edir. Noxud və bəzi başqa bitkilərin rüşeym gövdəciyi zəif inkişaf etdiyi üçün onun ləpələri torpaqda qalır. Yerüstü zoğu isə rüşeymin xırda tumurcuğundan inkişaf edir. Torpağın üzərinə çıxan cücərtinin sonrakı inkişafı fotosintez hesabına gedir.
Sxemi dəftərinizə köçürün və sual işarələrini uyğun gələn açar sözlərlə əvəz edin.
Toxumların cücərməsi üçün __, __ və __ lazımdır. Çəltik, pişikquyruğu kimi bitkilər __ içərisində cücərir.
Temperatur
Hava
Su
1. Lobya toxumunun cücərməsi zamanı baş verən hadisələrin ardıcıllığını göstərin:
a) ləpə yarpaqlarının və tumurcuğa malik rüşeym gövdəciyin əmələ
gəlməsi; b) yaşıl yarpaqcıqların əmələ gəlməsi; c) rüşeym kökcüyünün
əmələ gəlməsi; d) ləpə yarpaqlarının quruması; e) toxumun şişməsi.
2. Düzgün ifadələri seçin: A) Toxum cücərən zaman karbon qazını udur,
oksigeni xaric edir. B) Toxum cücərən zaman rüşeym endospermin və ya
ləpə yarpaqlarının ehtiyat qida maddəsi ilə qidalanır. C) Cücərmiş buğda
toxumlarınin dadı şirintəhər olur. D) Bitki cücərtisi rüşeym hüceyrələrinin
bölünməsi sayəsində əmələ gəlir. E) Xırda toxumlar daha yaxşı cücərir və iri
cücərtilər əmələ gətirir. F) Quru toxumlar tənəffüs etmir. G) Toxumun
cücərməsi üçün rütubət, hava və istilik lazımdır. H) Cücərtidə ilk dəfə
rüşeym kökcüyü əmələ gəlir.