Uyğunluğu müəyyən edin:
1. Kiçik, görkəmsiz çiçəklər və yaxşı inkişaf
etməmiş çiçəkyanlığına malikdir.
2. Çiçəklərində nektar olur.
3. Tozcuq iridir, səthində çıxıntılar var.
4. Tozcuqları quru və kiçik olur.
5. Çiçəklərinin güclü ətri olur
6. Çiçəklərində nektar olmur.
7. Çiçəkləri iri olub əlvan çiçəkyanlığına malikdir.
8. Çiçəkləri ətirsiz olur.
9. Kiçik çiçəklər iri çiçək qruplarında toplanmışdır.
10. Bitkilər qrup halında bitir.
A. Həşəratla tozlanan bitkilər
B. Küləklə tozlanan bitkilər
C. Öz-özünə tozlanan bitkilər
Bir çiçəkdə olan erkəkcik tozcuğunun həmin çiçəkdəki dişicik ağızcığına düşməsi prosesi __ adlanır. Bir çiçəyin erkəkcik tozcuğunun digər çiçəyin dişiciyinin ağızcığına düşməsinə __ deyilir.
Öz-özünə tozlanma
Çarpaz tozlanma
1. Suallara cavab verin: a) Nə üçün qızılağac və fındıq kimi bitkilərin əvvəlcə
çiçəkləri, sonra isə yarpaqları əmələ gəlir? b) Niyə gecə çiçək açan bitkilərin
çiçək tacı ağ və ya sarı rəngdə olur? c) Nə üçün çiçəkdə nektar damcı
şəklində, az miqdarda ayrılır? (quşlar tərəfindən tozlandırılan bəzi tropik
bitkilər istisna olmaqla).
2. Bitkilərdə tozlanma üsullarını müqayisə edin.
Çiçəyin əlamətləri | Həşərat vasitəsilə tozlanan bitkilər |
Külək vasitəsilə tozlanan bitkilər |
Öz-özünə tozlanan bitkilər |
---|---|---|---|
1. Çiçək tacı | |||
2. Erkəkciklərin yerləşməsi | |||
3. Dişiciyin yerləşməsi | |||
4. Tozcuq | |||
5. Çiçəyin ətri | |||
6. Nektar |