Ağızcıqlar əksər bitkilərdə yarpağın alt tərəfində yerləşir. Onların yumulub-açılması sayəsində yarpaqlara hava daxil olur. Mərciməklər isə adətən gövdənin qabıq hüceyrələri (mantar) arasında yerləşir. İri quru bitkilərinə daxil olan hava, onun bir-birindən aralı yerləşən hüceyrələri arasındakı hüceyrəarası boşluqlara keçir. Bitkidə olan hüceyrəarası boşluqlar tənəffüsdə böyük əhəmiyyət kəsb edir.
Bitki köklərinin tənəffüsü. Digər orqanlar kimi bitki kökləri də tənəffüs zamanı oksigen udur və karbon qazını buraxır. Gilli və bataqlıqlaşmış torpaqlarda, xüsusən bitkilər oksigen çatışmazlığından daha çox əziyyət çəkir. Belə torpaqlarda su havanı çıxarır və köklərin normal tənəffüsü pozulur. Tropik bitkilərdə əlavə tənəffüsü təmin edən tənəffüs kökləri olur.
Bitki kökünə daim havanın daxil olmasını təmin etmək üçün qışın sonuna yaxın məktəbin bağçasında, evinizin yaxınlığında olan ağacların ətrafındakı torpağı yumşaltmaq məsləhət görülür.
Şəkildən istifadə edərək cədvəli tamamlayın. Fotosintez və tənəffüs prosesləri arasında hansı əlaqələr var?
Müqayisə meyarları | Fotosintez | Tənəffüs |
---|---|---|
Hansı şəraitdə baş verir | Yalnız işıqda gedir | |
Harada gedir | Yalnız tərkibində xlorofil olan yaşıl hüceyrələrdə | |
Oksigen | Xaric olunur | |
Karbon qazı | Udulur | |
Üzvi maddələr | Әmələ gəlir | |
Enerji | Udulur |
Әksər orqanizmlər həyat fəaliyyəti prosesində oksigeni udur və karbon qazını xaric edir. Bu proses __ adlanır.
Tənəffüs
Fotosintez
1. Buraxılmış sözləri əlavə edin: 1. Bitkilər tənəffüs zamanı __ udur. 2. Bitkilər tənəffüs
zamanı __ xaric edir. 3. Tənəffüs zamanı üzvi maddələr __. 4. Bitkilər sutkanın __
tənəffüs edir. 5. Bitkinin __ orqanları tənəffüs edir. 6. Fotosintez zamanı __ oksigen
tənəffüs zamanı __ oksigendən çoxdur.
2. Aşağıdakı anlayışların ən azı ikisindən istifadə etməklə cümlələr qurun.
Ağızcıq | Mineral maddələr | Üzvi maddələr | Fotosintez | Xloroplastlar | Mərciməklər | Tənəffüs |