E.ə. 331-ci ildə Makedoniyalı İskəndərlə III Dara arasında döyüş oldu. Qavqamel düzənliyində baş verən bu döyüşdə İskəndər döyüşün gedişində dönüş yaratmaq üçün süvari dəstəsi ilə birlikdə özünü Əhəməni ordusunun mərkəzinə saldı. III Dara döyüşü yarımçıq qoyub Midiyaya qaçdı. Başsız qalan ordu darmadağın edildi. Bu döyüş Əhəməni dövlətinin süqutunu başa çatdırdı. Persepol yandırıldı. 12 min dananın gönü üzərində yazılmış müqəddəs “Avesta” həmin yanğın zamanı məhv oldu.
III-VII əsrlərdə Sasanilər sülaləsi dövründə "Avesta” yenidən toplanmışdır. Fransız alimi Anketil-Düperron onu fransız dilinə tərcümə etmiş və bundan sonra Avesta” Avropada yayılmışdır.
“Atropatena mədəniyyəti” haqqında məlumat toplayın və esse yazın.