Ellin* mədəniyyəti və onun Atropatena mədəniyyətinə təsiri. Atropatena memarları qonşu ölkələrin memarlığı ilə yaxşı tanış idilər. Binaların tikilişində Atropatena mədəniyyətinə yunan mədəniyyətinin təsiri aydın hiss olunur. Tikinti materialı kimi kirəmitdən istifadə edilməsi də yunan mədəniyyətinin təsirinin nəticəsidir.
Kerifto adlı yerdə qayada oyulmuş möhtəşəm memarlıq abidəsinin giriş hissəsinin üstündə yunan dilində yazılmış əsatir Herakla həsr olunmuşdur.
Din. Zərdüştiliyin atəşpərəstliklə qarışmış təlimi qədim Azərbaycanda da yayılmışdı. Bu dinin kahini maq adlanırdı.
Atropatenaya yunan mədəniyyətinin təsirini dəyərləndirin.
* Ellinlər - qədim yunanların özlərinə verdiyi ad