Azərbaycan coğrafi adının yaranmasını Atropatenanın adı ilə bağlayırlar. Azərbaycan adı qaynaqlarda VII əsrdən, ərəblərin bu torpağı istila etməsindən sonra çəkilir.
Atropatena (Adərbayqan) dövləti, əsasən, indiki Cənubi Azərbaycanı və Azərbaycan Respublikasının bəzi cənub rayonlarını əhatə edirdi. Ölkənin qərbində Zaqros dağları, şimalında Qaradağ silsiləsi yerləşirdi. Ən böyük düzənlik ərazisi Urmiya gölündən cənubda idi. Atropatenanın paytaxtı Qazaka şəhəri idi.
Atropatenanın əhalisinin məşğuliyyətini təsvir edin.
Atropatenanın yerləşdiyi məkanı, ərazini təsvir edin.