O, İskəndərlə hərbi mübarizənin faydasız olduğunu başa düşdüyü üçün ona yaxınlaşmaq yolunu seçdi. Makedoniyalılar Atropatı ondan asılı olan vilayətlərdən birinin — “Kiçik Midiya”nın hakimi kimi tanıdılar. İmperiyanın qalan ərazilərində — “Böyük Midiya”da isə makedoniyalılar ağalıq edirdilər. Diplomatik bacarığı sayəsində Atropat makedoniyalıların “Kiçik Midiya” ərazilərinə soxulmasının qarşısını aldı.
Strabon qeyd edir ki, “Midiya iki hissəyə bölünür. Bir hissəni Böyük Midiya adlandırırdılar. Onun paytaxt şəhəri Ekbatandır. İkinci hissəsi Midiya Atropatenasıdır. O, öz adını hərbi sərkərdə Atropatdan almışdır Atropat bu ölkəni müstəqil etmişdi.
Strabon yazırdı ki, “Atropat bu ölkənin makedoniyalıların hakimiyyəti altına düşməsinə yol vermədi”.
“Böyük Midiya”da makedoniyalılara qarşı üsyan baş verdi. Üsyanın başçısı Bariaks adlı şəxs idi. Atropat üsyanı yatırdı və Bariaksı əsir alaraq İskəndərə təhvil verdi. İskəndər sərkərdəsi Perdikkanı Atropatın qızı ilə evləndirdi. Bu qohumluq Atropatın mövqeyini daha da möhkəmləndirdi.
Makedoniyalı İskəndərin ölümündən sonra onun yaratdığı imperiya parçalandı və müstəqil dövlətlərə ayrıldı.
Atropatena dövlətinin yaranmasında. Atropatın rol unu dəyərləndirin.