Bu, Azərbaycanın şimal torpaqlarında yaşayan əhalinin siyasi müstəqilliyini saxladığını göstərir. Bununla belə, burada yaşayan tayfalar, şübhəsiz ki, qonşuluqda yerləşmiş güclü Midiya dövləti ilə iqtisadi və mədəni əlaqələr saxlamışlar.
İşğalçı müharibələr nəticəsində yaranmış qüdrətli Midiya dövlətinin siyasi, iqtisadi əsası möhkəm deyildi. Heredot yazırdı ki, “midiyalılar onlara yaxınlıqda olan xalqlar üzərində, bu xalqlar öz qonşuları üzərində, qonşular isə onlarla həmsərhəd olan xalq üzərində ağalıq edirdi”.
E.ə. 550-ci ildə Əhəmənilər nəslindən olan II Kir Midiya dövlətinə məxsus torpaqları ələ keçirib Əhəmənilər dövlətinin əsasını qoydu.
Midiya dövləti tərəfindən işğal edildikdən sonra Manna əhalisinin vəziyyətini müəyyən edin.
Xatırlayın: Əhəmənilər Midiyada necə hakimiyyətə gəldilər?