“Bacarıqlı insan”, mağara, ulu icma, mənimsəmə təsərrüfatı |
Tarix nəyi öyrənir?
Tarix mənbələr üzrə insanın meydana gəlməsini və insan cəmiyyətinin inkişafını öyrənir.
Azərbaycanın qədim tarixi arxeoloji (maddi mənbələr) və yazılı mənbələr əsasında araşdırılır. Baş vermiş tarixi hadisələrin zamanını bilmədən ölkəmizin tarixi barədə xronoloji şəkildə təsəvvür yaratmaq mümkün deyil. Hadisələrin zamanını ardıcıllıqla öyrənən köməkçi elm xronologiya adlanır. Xronologiya yunan sözüdür. “Xronos” — zaman, “loqos” — elm deməkdir.
Tarix müəyyən bir başlanğıc anından hesablanır. Bu başlanğıc anı həqiqi və əfsanəvi tarixi hadisə ilə bağlı ola bilər. Belə başlanğıc anı və ya nöqtəsi era* adlanır. Tarixi hesablama həmin başlanğıc nöqtəsindən həm qədimə, həm də indiki dövrə doğru aparılır. Başlanğıc nöqtəsinə qədər hadisələrdən danışarkən “eradan (yaxud miladdan) əvvəl” sözləri işlədilir.
* Era - il hesabının başlandığı zaman, tarixin başlanğıcı