1. II Sarqonun Manna ilə bağlı məqsədləri. Sxemi tamamlayın.
2. Manna dövlətinə aid yarımçıq qalmış fikirləri tamamlayın.
— E.ə. 714-ci ildə II Sarqon ...;
— II Sarqon və Rusa qövvələri ...;
— Manna hökmdarı Ullusunu ...;
— Bu döyüşdə I Rusa ... .
3. Verilmiş cədvəli İşləyin.
4. Aşağıdakı söz və söz birləşmələrindən istifadə edərək “Manna
dövləti Ahşeri dövründə” adlı hekayə qurun.
E.ə. 675-650-ci illər, Ahşeri, Assurla ənənəvi ittifaq, türkmənşəli kimmer,
iskit, sak tayfaları, Aşşurbanipal, e.ə. 650-ci il, paytaxt şəhər İzirtu, əhali,
mal-qara, at ilxıları, üsyan, Ahşeri öldürüldü, Ualli.
5. Mannada hakimiyyətdə olan hökmdarları ardıcıllıqla qeyd edin.
1) Aza
a) 1,2,3,4
2) Ullusunu
b) 3,1,2,4
3) İranzu
c) 3,1,4,2
4) Ualli
d) 1,3,2,4
6. Tarixi faktları yerinə yazmaqla verilmiş cümlələri tamamlayın.
E.ə. 590-cı ildə Manna qonşuluqda olan...................... tərəfindən işğal olundu.
Bununla Mannanın.............................................................. sona çatmışdır.
7. Assurlarla ittifaqı pozmuş Manna hökmdarı:
a) Aza
b) İranzu
c) Ualli
d) Ahşeri
8. Verilmiş söz və söz birləşmələri əsasında qədim mannalıların metalişləmə sənəti ilə necə məşğul olması haqqında mətn tərtib edin.
Manna, zəngin dəmir filizi, qiymətli daş yataqları, metalişləmə, zərgərlik, peşəkar ustalar, dəmir, mis, tunc, qızıl, gümüş, qab-qacaq, bəzək əşyaları, silahlar, daş qəliblər.