İranzunun uğurlu xarici siyasəti Manna dövlətini Urartu işğallarından xilas etdi və ölkənin birləşdirilməsi üçün şərait yaratdı. İranzunun mərkəzləşdirmə siyasəti bəzi yerli canişinlərin xoşuna gəlmirdi. Çünki bu siyasət onların əl-qolunu bağlayırdı. Onlar vilayətlərin vahid dövlətdə birləşməsinə mane olur, ölkənin parçalanmasına, torpaqlarının qonşu dövlətlər tərəfindən işğalına şərait yaradırdılar.
“İranzu qüdrətli Manna hökmdarıdır” — hekayə qurun.