Bu zaman Kuti dövlət qurumunun ərazisi Urmiya gölündən Fars körfəzinə qədər uzanırdı.
Kutilərin hakimiyyəti dövründə Mesopotamiyada şəhərlərarası toqquşmalara son qoyulmuşdu. Xarici hücumların arası kəsilmiş, ticarət yollarında əmin-amanlıq yaranmışdı.
Kutilərin hakimiyyəti illərində ticarət yollarında əmin-amanlıq bərpa olunmuş, xarici müdaxilələrin arası kəsilmiş və Urmiya gölü hövzəsi ilə dinc əlaqələr yaradılmışdı.
Şumer və akkad gəncləri kuti qoşunlarına xidmətə cəlb olunurdular. Kutilər və şumerlilər arasında sülh münasibətləri mövcud olmuşdur. Kuti dövlət qurumunun tərkibində subar (su), turukki və s. türk tayfaları iştirak edirdilər.
“Qut (Kut)” sözü hökmranlıq, uğur, can, ruh kimi mənalarda işlədilir. Tarixi mənbələrdə kutilərin türkmənşəli olduğunu sübut edən çoxlu dəlillər vardır.
Mesopotamiyada kutilərin hakimiyyətinə son qoyuldu. Onlar ölkədən çıxarıldılar. E.ə. 3-cü minilliyin sonunda Kuti dövlət qurumu süquta uğrayıb, xırda vilayətlərə parçalandı.
Lullubi və Kuti dövlət qurumları süquta uğradıqdan sonra bu qurumların tərkibinə daxil olan su və turukki tayfaları müstəqillik qazandılar. Qonşu Assur dövləti vəziyyətdən istifadə edərək turukkilərin torpaqlarını ələ keçirmək fikrinə düşdü.
Kutilərin Mesopotamiyada 1 əsr hakimiyyətdə olmasının səbəbini araşdırın, mətn tərtib edin.