Tayfa başçısının dəfn olunduğu kurqanlarda xüsusi taxt, qızıldan və fil sümüyündən düzəldilmiş bəzək əşyaları, qablar qoyulurdu. Onun qul və kənizləri, mühafizəçiləri də özü ilə birlikdə dəfn olunurdular. Var-dövləti, qulu, kənizi olmayan tayfa üzvləri isə adi torpaq qəbirlərdə dəfn edilir, onların yanına az sayda məişət və sadə bəzək əşyaları qoyulurdu.
Son Tunc dövründə dəfnetmə adətlərini araşdırın və şərh edin.