Orta Tunc dövrü. İkinci böyük ictimai əmək bölgüsü. Orta Tunc dövrü e.ə. 3-cü mini iliyin sonlarından e.a. 2-ci minilliyin ortalarına qədər davam etmişdir. Orta Tunc dövründə ikinci böyük ictimai əmək bölgüsü baş verdi: sənətkarlıq müstəqil sahəyə çevrildi. Dulusçuluq inkişaf etdi, boyalı qablar mədəniyyəti formalaşdı. Dulusçular yaraşıqlı və davamlı (möhkəm) saxsı qablar hazırlaya bilirdilər. Boyaq maddələrindən aldıqları boyalardan istifadə edərək qabları müxtəlif naxışlarla: insan, heyvan, quş təsvirləri ilə bəzəyirdilər. Bu dövrdə Azərbaycanda Naxçıvan ərazisində və Mil—Qarabağda məharətli ustaların çalışdığı dulusçuluq ocaqları mövcud idi.
Orta Tunc dövründə Azərbaycan ərazisində ilkin şəhər məskənləri yarandı. Qarabağda Üzərliktəpə, Naxçıvanda II Kültəpə, Urmiya gölü ətrafında Göytəpə ilkin şəhər yaşayış məskənlərindən idi.