Eneolit dövründə sənətkarlıq və dini görüşlər. Eneolit dövrü əhalisinin həyatında sənətkarlıq mühüm yer tuturdu. Sənətkarlar gildən saxsı qablar, daş, sümük və misdən əmək alətləri, məişət və bəzək əşyaları hazırlayırdılar. Neolit dövründə yaranan sənətkarlıq sahələri Eneolit dövründə daha da inkişaf etdi.
Eneolit dövrü əhalisi daha çox bitki lifləri və qamışdan məmulatlar hazırlayırdı. Evlərin döşəmələrinə həsir salınırdı.
Eneolit dövrünün özünəməxsus dəfn mərasimləri olmuşdur. Ölülər yaşayış məskənində, evlərin arasında və içərisində basdırılırdı. Cəsədin üstünə qan (həyat verən) rəmzi sayılan qırmızı boya çəkir, yaxud oxra* səpirdilər.
Eneolit dövrünün insanları müxtəlif dini ayinlər, ovsun* mərasimləri keçirirdi. Qobustandakı qayaüstü rəsmlərin bəziləri bu dövrün ovsun və dini mərasimlərini əks etdirir.
Eneolit dövrünə xas xüsusiyyətləri söyləyin.
Eneolit dövrü əhaiisinə xas olan dini görüşləri təsvir edin.
Eneolit dövründə yaşamış qədim insanlar inanırdılar ki, bu mərasimlərin köməyi ilə iri heyvanları ovsunlamaq və bu yolla onları daha asan ovlamaq olar.
* Oxra - açıq-qəhvəyi rəngli təbii boya
* Ovsun - sehr, cadu