Maldarlıq təsərrüfatı da inkişaf etmişdi. Təsərrüfatlarda qaramal və davar* bəslənirdi. Eneolit dövründə bizə məlum olan ev heyvanlarının çoxunun əhliləşdirilməsi artıq başa çatmışdı. Əkinçilik və maldarlıq təsərrüfatı inkişaf etmişdi. Ovçuluq və balıqçılıq əhalinin ikincidərəcəli məşğuliyyət sahəsinə çevrilmişdi.
Eneolit dövrünün əvvəlində qadının mövqeyi hələ də möhkəm idi. O, nəslin yaradıcısı, ailə və qəbilə ocağını mühafizə edib saxlayan, bərəkət, əmin-amanlığı qoruyan müqəddəs varlıq hesab edilirdi.
* Davar - qoyun-keçi