Mezolit dövrünün əmək alətl ərini Paleolit dövrünün əmək alətləri ilə müqayisə edin.
Sonralar insanlar başqa heyvanları da əhliləşdirdilər və bəsləyərək çoxaltdılar. Beləliklə, ibtidai maldarlığın əsası qoyuldu.
Mezolit dövründə mənimsəmə (istehlak) təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu. Əvvəllər təbiətin hazır nemətlərinäən istifadə eäən insanlar inäi özləri maddi nemətlər istehsal etməyə başladılar.
İnsanlar müxtəlifölçülü kəsici daş alətlər, heyvan ovlamaq üçün cürbəcür vasitələr hazırlayırdılar. Torpağı yumşaläaraq topladıqları toxumları səpir, yenidən məhsul alırdılar. Soyuqdan qorunmaq üçün ovladıqları heyvanların dərisindən özlərinə geyim hazırlayırdılar.
Mezolit dövrünün əmək alətləri. Azərbaycanda Mezolit dövrü Bakı yaxınlığındakı Qobustan və Qazaxdakı Damcılı mağaraları əsasında öyrənilmişdir.
Qobustandakı Mezolit yaşayış yerlərindən çaxmaqdaşı və sümükdən düzəldilmiş əmək alətləri aşkar edilmişdir.