Ox ucluğu kimi şişuclu sümükdən də istifadə edilirdi. İbtidai ovçular bu silahın köməyi ilə heyvanları uzaq məsafədən
ovlayırdılar. Belə ov onlar üçün daha təhlükəsiz idi. İnsanlar ox və kamanla çoxlu heyvan ovlayır, qida ehtiyatlarını artırırdılar.
İbtidai əkinçiliyin və maldarlığın yaranması. İlk əkinçilik vərdişləri Mezolit dövründə yaranmışdır. Yığıcılıqla məşğul olan qadınlar toxumların yerə düşüb yenidən cücərdiyini, böyüdüyünü müşahidə edirdilər. Onlar ağacla, sümüklə və ya sivri daşla torpağı yumşaldıb ehtiyat saxladıqları yabanı bitki toxumlarının bir hissəsini basdırırdılar. Bu yolla ibtidai insanlar özləri məhsul istehsal edirdilər. Bu, ibtidai əkinçiliyin meydana gəlməsi üçün başlanğıc oldu.
İnsanlar heyvanları Mezolit dövründə əhliləşdirməyə başladılar. Əhliləşdirilən ilk heyvan it olmuşdur.
Damcılı mağarası
(girişi və içərisi)
Mezolit dövründə ibtidai insanların ov üsulunu təsvir edin.