Orta Paleolit dövründə ibtidai insanların həyatında hansı dəyişikliklər baş verdi? İzah edin.

Odun süni yolla əldə edilməsinin əhəmiyyətini izah edin.

İnsanlar əsasən, maral, ayı, vəhşi at, dağkeçisi ovlamış, yığıcılıqla məşğul olmuşlar.

Orta Paleolitdə insanlar çaxmaqdaşını bir-birinə vurmaqla süni yolla od əldə etməyi öyrəndilər. Orta Paleolit dövründə qədim insanların təbiət qüvvələri ilə bağlı dini təsəvvürləri və axirət dünyasına inamı yaranmağa başlamışdır.

Azərbaycanda Orta Paleolit dövrü Qarabağdakı Azıx, Tağlar, Zar, Qazaxdakı Daşsalahlı, Naxçıvandakı Qazma və s. mağaralar əsasında öyrənilmişdir.

“Ağıllı insan”. E.ə. 35-12-ci minilliklər arasında Azərbaycan ərazisində Üst Paleolit dövrü mövcud olmuşdur. Bu dövrdə Azərbaycanda iqlim mülayimləşmiş, bitki və heyvanat aləmində xeyli dəyişikliklər baş vermişdi.

Qədim insanların
ilk əmək alətləri