Prezident İlham Əliyev: “.... Mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı illərdə aşkar etmişdi və sonra tədqiqatlar aparmışdır. Bu, dünyanın ən qədim yaşayış yerlərindən biridir. Azərbaycan tarixinə məxsusdur. Bizim tarixi sərvətimizdir.
Ermənistan qanunsuz olaraq bu mağarada işlər aparmışdır. Qanunsuz olaraq xaricdən alimlər gətirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar”.
Alt Paleolitin sonunda əmək alətlərinin yeni növləri meydana gəlmişdir. Həmin alətlər asan parçalanan çaxmaqdaşı və dəvəgözündən* hazırlanırdı. Qədim insanlar çaxmaqdaşı və dəvəgözündən qopardıqları qəlpələrdən kəsici alətlər düzəldirdilər.
“Azıx adamı”. Tarixçi alim Məmmədəli Hüseynov Azıx mağarasından ibtidai insanın alt çənə sümüyünün qalığını tapmışdır. Bu, dünyada 4-cü ən qədim tapıntıdır. Alimlər Azıx mağarasında yaşamış həmin ibtidai insanı Azıxantrop, yəni “Azıx adamı” adlandırmışlar. Azıxantroplar 350—400 min il bundan əvvəl yaşamışlar.
* Dəvəgözü - vulkanik şüşə