Quruçay mədəniyyəti, “Azıx adamı” |
Azərbaycan ərazisində Alt Paleolit dövründə yaşamış insanların həyat tərzi Quruçay vadisində, Azıx mağarasından əldə edilən materiallar əsasında öyrənilmişdir. Ona görə də burada formalaşan mədəniyyət Quruçay mədəniyyəti adlanır.
O dövrdə Quruçay vadisində iqlim indikindən isti və rütubətli idi. Burada isti və rütubətsevən bitkilər üstünlük təşkil edirdi.
Erməni işğalından azad edilmiş Azıx mağarasının bugünkü vəziyyətini araşdırın. Mətn tərtib edin.