Şahənşah, mərzban, Məzdək |
Atropatena-Sasani münasibətlərini təsvir edin.
Atropatenada torpaq sahibliyinin formalarını müəyyən edin.
Atropatena və Sasanilər. Sasanilər nəslindən olan Ərdəşir Babəkan Parfiya dövlətinin varlığına son qoyub hakimiyyəti ələ aldı, 226-cı ildə özünü “şahənşah”* elan etdi.
Sasani hökmdarları öz hakimiyyətləri altında olan torpaqlarda mərkəzdən idarə olunan əyalətlər yaratdılar.
Atropatena əlverişli mövqedə yerləşirdi. Çin və Hindistana gedən mühüm ticarət yolları Atropatenadan keçirdi. Ona görə də Atropatena ərazisinə sahib olmaq Sasanilər üçün əhəmiyyətli idi. Atropatena ərazisi 227-ci ildən Sasani dövlətinin tərkibinə qatıldı. Burada canişin hakimiyyəti bərqərar oldu. Asılı vilayətləri, eləcə də Atropatenanı idarə edən Sasani canişini — mərzban* adlanırdı. Mərzbanlar şah sülaləsinə mənsub idilər. Torpaqlar isə şahın mülkiyyəti hesab olunurdu.
Atropatena Sasani dövlətinin tərkibinə qatıldıqdan sonra burada feodal (əyan) torpaq sahibliyi möhkəmləndi. Əyanların torpaq sahələri xüsusi mülkiyyət olan irsi torpaq sahələri idi. Digər torpaq mülkiyyəti müxtəlif xidmətlərin müqabilində verilən şərti torpaqlar idi.
* Şahənşah - şahlar şahı
* Mərzban - pəhləvi dilində “sərhədqoruyan” deməkdir. Sasanilər dövründə ucqar, sərhədyanı
vilayətlərin hakimi