Böyük Dəhnə kitabəsi, bütpərəstlik |
Albaniyanın qədim mədəniyyəti Qəbələ, Şamaxı, Mingəçevir, İsmayıllı və s. yerlərdə aparılan arxeoloji qazıntılar əsasında öyrənilmişdir. Qazıntılar zamanı müxtəlif tikinti qalıqları, qəbirlər, çoxsaylı maddi mədəniyyət nümunələri aşkar olunmuşdur.
Qədim dövr müəlliflərinin əsərlərində də Albaniyanın mədəniyyətinə aid məlumatlar vardır. Albaniyada şəhər mədəniyyəti inkişaf etmişdi. Albanlar bir çox ölkələrlə iqtisadi və mədəni əlaqələr saxlamışlar. Alban mədəniyyətinə yunan mədəniyyətinin də təsiri olmuşdur.
Sənətkarlığın müxtəlif sahələrinin və memarlığın inkişafı Albaniyada şəhər mədəniyyətinin yüksəlişinə səbəb olmuşdu.