Kozisin atdığı nizə Pompeyin zirehli geyiminə dəyib, yerə düşdü. Pompeyin atdığı nizə isə Kozisi ölümcül yaraladı. Bu döyüşdə romalılar qələbə çaldı. Salamat qalan alban döyüşçüləri qaçıb meşədə gizləndilər. Pompeyin əmri ilə romalılar meşəyə od vurdular. Meşədə gizlənmiş alban döyüşçüləri həlak oldular. Romalılara qarşı qadınlar da vuruşurdular. Alban qadınlarının cəsarəti romalıları heyrətə gətirmişdi.
Pompey Albaniya hökmdarının Roma düşərgəsinə gəlməsini tələb etdi. Oroys Pompeyin yanına getmədi, lakin ona məktub və hədiyyələr göndərərək barışıq təklif etdi. Pompey barışıq təklifini qəbul etdi. Az sonra Pompey Albaniyanın içərilərinə doğru hərəkətə başladı. O, güclü müqavimətə rast gəldi. Çətinliyi nəzərə alaraq yürüşü davam etdirmək niyyətindən əl çəkdi.
E.ə. 36-cı ildə sərkərdə Antoninin başçılığı ilə romalıların Şərqə yürüşü zamanı da romalılarla albanlar
Pompey öz yürüşlərini davam etdirmədi. Səbəbini izah edin.
Qobustan kitabəsi və Roma-Albaniya iqtisadi əlaqələrini araşdırın.
arasında döyüşlər baş vermişdi. Qədim yunan müəllifi Plutarx yazırdı ki, “romalı Kanidi iber və alban hökmdarlarına qalib gəldi və Qafqaza çatdı”.
Qobustanda üzərində latın dilində yazı olan bir daş kitabə vardır. Üzərindəki yazıdan bu kitabənin 84-96-cı illərə aid əlaqələri əks etdirdiyi məlum olur. Hətta Roma imperatoru Adrian alban hökmdarları ilə dostluq əlaqələri saxlamış və onlara qiymətli hədiyyələr göndərmişdi.
Albaniyanın Roma ilə əlaqələri III əsrin ortalarına qədər davam etmişdir. Albaniya Roma ilə sıx iqtisadi-siyasi və mədəni əlaqələr saxlamışdır.