Albaniyada balıqçılığın inkişafı. Dəyərləndirin.
Təsərrüfat həyatında balıqçılıq mühüm yer tuturdu. Balığın piyindən sürtkü yağı, içalatından isə xüsusi yapışqan hazırlayırdılar.
Sənətkarlıq və ticarət. Albaniya ərazisində aparılan arxeoloji qazıntılar zamanı çoxsaylı əmək alətləri, silahlar, məişət əşyaları, bəzək şeyləri və s. tapılmışdır.
Albaniya şəhərlərində sənətkarlığın müxtəlif sahələri inkişaf etmişdi. Peşəkar sənətkarlar, əsasən, şəhər emalatxanalarında işləyirdilər.
Albaniyada zəngin yerli filiz yataqlarının olması metalişləmə sənətinin inkişafına zəmin yaratmışdı. Sənətkarlar müxtəlif növ silahlar, əmək alətləri, bəzək əşyaları hazırlayırdılar.
Bəzək əşyaları (e.ə. III əsr)