Qəbələ (Kabalaka) şəhərinin qalıqları
Albaniyanın ictimai və siyasi quruluşu. Albaniyada şəhərlər möhkəm müdafiə divarları ilə əhatə olunurdu.
Bəzi yaşayış evləri daha geniş olub, tikintisində çiy və bişmiş kərpicdən, yonulmuş daş materialından istifadə edilirdi.
Albaniyanın əhalisi ictimai vəziyyətinə görə fərqlənirdi. Varlılara məxsus evlərin üstü kirəmitlə örtülürdü. Yoxsulların evləri isə çiy kərpicdən tikilir, damı qamış və torpaqla örtülürdü.
Xristianlıq və İslam dini qəbul edilənədək dəfn zamanı qəbirlərə geyim, keramika nümunələri, əmək alətləri, silah, bəzək şeyləri qoyulurdu. Əhalinin varlı təbəqəsinə məxsus olan insanların məzarına qızıl və gümüşdən bəzək əşyaları da qoyurdular.
Albaniya əhalisinin ictimai vəziyyətini müəyyən edin.