Strabonun məlumatından Albaniyanın mərkəzləşmiş dövlət olması aydın görünür. Strabon yazırdı ki, indi bir hökmdar onlara hakimdir. Əvvəllər hər bir qəbilənin öz hökmdarı var idi.
Hazırda Azərbaycanda qafqazdilli tayfalar da yaşayırlar. Bunlar Qəbələ rayonunun Nic kəndində utilər, Quba rayonunun Xınalıq kəndində xınalıqlılar, Buduq kəndində buduqlulardır.
Qədim yunan tarixçisi Strabon Kür çayının Albaniya ərazisi ilə axaraq dənizə töküldüyünü və Kaspiana vilayətinin Albaniyanın tərkibinə daxil olduğunu qeyd edirdi. Xəzər dənizi Alban dənizi də adlanırdı.
Ərazi. Makedoniyalı İskəndərin imperiyasının dağılmasından sonra yaranan müstəqil dövlətlərdən biri də Albaniya dövləti idi. Albaniya dövləti e.ə. IV əsrin sonu - III əsrin əvvəlində yaranmışdı.
Albanlar İberiya* ilə Xəzər dənizi arasındakı ərazidə yaşamışlar. Şimalda bu ərazi Qafqaz dağları, cənubda Atropatena ilə həmsərhəd idi.
Albaniya dövlətinin ərazisinə müasir Azərbaycan Respublikasının ərazisi, indiki Ermənistan (Qərbi Azərbaycan), Dağıstanın cənub rayonları və Gürcüstanın Alazan (Qanıx) vadisi daxil idi. Albaniyanın mühüm şəhərlərindən biri Qəbələ (Kabalaka) olmuşdur. V əsrədək bu şəhər Albaniyanın paytaxtı, alban hökmdarının iqamətgahı idi.
Albanların həmsərhəd olduğu əraziləri xəritədə müəyyən edin.
* İberiya - Gürcüstanda qədim dövlət