9
Hansı cümlədə kimsə əvəzliyi heç kim əvəzliyinin sinonimi kimi çıxış edib?
- Kimsə qapını bərkdən döydü.
- Neçə vaxt idi ki, ananın qapısını kimsə döymürdü.
10
Nöqtələrin yerinə uyğun əvəzlikləri qoyun.
hər, öz, heç kim, hamı, heç nə
- Axır çərşənbədə ... tonqal başına yığılır.
- ... adama ... Vətəni əzizdir.
- ... unudulmur, ... yaddan çıxmır.
*
11
Hansı bayatıda inkarlıq bildirən qeyri-müəyyən əvəzlik III şəxs mənsubiyyət şəkilçisi qəbul
edib?
Qardaş, gəl, ay qardaş, gəl,
Qarlı dağları aş, gəl.
Qürbət eldir, kimsəm yox.
Tökür gözüm qan-yaş, gəl.
Səyyada bax, səyyada,
Torun qurmuş qayada.
Toruna tərlan düşüb,
Kimsəsi yox
oyada.
12
Verilmiş əvəzliklərdən istifadə edərək məntiqi ardıcıllığı tamamlayın.
hamı, belə, hər, onlar, hansı
A) o, həmin, bu, ...
B) kim, nə, hara, ...
C) biri, kimi, heç kim, ...
Ç) öz, filan, bütün, ...
D) sən, o, biz, ...
13
Mətndə verilmiş əvəzlikləri cədvələ uyğun qruplaşdırın.
Kimsə qapını döyürdü. İçəridəkilərdən heç kəs ayağa qalxmadı. Hamı başa düşürdü ki, bu
saatda qapı xeyirliyə döyülmür. Hər kəsi yalnız bu maraqlandırırdı: “İndi kimin dalınca gəliblər? Bu
neçənci qurbandır? Axı nə üçün onlara rahatlıq vermirlər?”
Məna növləri |
Qeyri-müəyyən |
Sual |
İşarə |
|
|
|
|
|
|
|
|
|