Dilimizdə sual bildirən sözlərin hamısı əvəzlikdir: kim, nə, hara, necə, neçə, hansı, niyə, nə vaxt və s. Bunlara sual əvəzlikləri deyilir.
Qeyri-müəyyən şəxsi və əşyanı bildirən əvəzliklərə qeyri-müəyyən əvəzliklər deyilir. Məsələn: biri, kimi, kimsə, hamı, hərə, hər kəs, hər nə, kim isə, nə isə, hər şey, heç kim, heç kəs, heç biri və s.
Cümlədə ismə aid olub onu ümumi şəkildə təyin edən öz, hər, bütün, filan, eyni əvəzlikləri də vardır. Onlara təyini əvəzliklər deyilir.