4
3-cü bəndin ilk iki misrasını necə başa düşürsünüz?
5
Şeirin 4-cü bəndini əvvəlki mətndən çıxış edərək izah edin.
6
Şair nə üçün həmişə savaşda silahla bərabər, bayrağı da görmək istəyir və onun yalnız şəhid
önündə əyilməsini arzulayır?
Yaradıcılıq
7
“Qurdbaşlı bayrağın balası bayraq” misrasına diqqət yetirin. Qədim türklərdə qurd
totemi
haqqında məlumat toplamaqla bu misranın mənasını izah edin.
Dil qaydaları
8
Verilmiş cümlələrin hər birinə ikinci cümlə artırın. Bu zaman cümlədə fərqləndirilmiş
sözləri müvafiq əvəzliklə əvəz edin.
- Mübariz İbrahimov
Azərbaycanın Milli Qəhrəmanlarından biridir.
- Mən, Tural və Nigar Şəhidlər xiyabanına getdik.
- Bayraq, gerb, himn hər bir dövlətin əsas atributlarıdır.
- Azərbaycan əsgərləri Vətəni qorumağa hər zaman hazırdırlar.
- Sən, Solmaz və Gülnar sabah sərgi üçün kitab gətirməlisiniz.
- Azərbaycanda tarixi abidələr çoxdur.
- Qanunu bilməmək məsuliyyətdən azad etmir.
9
Aşağıdakı bayatılarda hansı əvəzliklər var?
Mən aşiq telə bağlı,
Göy kəmər belə bağlı.
Söz demək dil işidir,
İgidlik elə bağlı.
Əzizim onu tutsun,
Doqquzu, onu tutsun.
Kim elə xain baxar,
Çörəyi onu tutsun.
10
Verilmiş atalar sözlərində əvəzlikləri tapın, hansı şəkilçiləri qəbul etdiyini söyləyin.
- El eybini sənə deyən sənin də eybini elə deyər.
- Oba bizdə, biz obada.
- Söz odur ki, haqqa vara.
11
“O, kəndə çatanda hava qaralmışdı” cümləsində vergül olmasa, cümlənin mənası necə dəyişər?