Mətndən Əlif Hacıyev haqqında əldə etdiyiniz əsas məlumatları qeyd
edin.
3
Nə üçün ermənilər Əlifi aradan götürməyə çalışırdılar?
Yaradıcılıq
4
Mənbələrdən Xocalı faciəsi haqqında məlumat toplayaraq yazılı
təqdimat hazırlayın.
Dil qaydaları
5
Mətndə göy rənglə verilmiş əvəzliklərə diqqət yetirin. Sizcə, onlar
hansı nitq hissəsini əvəz edir, məna etibarilə nəyə xidmət edir?
Yadda saxla!
İŞARƏ ƏVƏZLİKLƏRİ
İşarə məqsədilə işlənən əvəzliklərə işarə əvəzlikləri deyilir.
İşarə əvəzlikləri bunlardır: o, bu, elə, belə, həmin.
Məsələn: Bu
binanı təzə tikiblər. Elə yaşa ki, yaddaşlarda qalasan. Akif həmin xəbəri
eşidəndə çox sevinmişdi.
6
Hansı cümlələrdə “o” əvəzliyi şəxs, hansılarda işarə əvəzliyi kimi
işlənib?
Ovçu, insaf elə, keçmə bu düzdən,
O çöllər qızını ayırma bizdən. (Səməd Vurğun)
Ona söz vermişəm ki, yaxşı oxuyacağam.
O insanla söhbət etmək kitab oxumağa bərabərdir.
Dostu ilə görüş onu çox sevindirdi.
Mənim ən yaxın rəfiqəm odur.
O adamı əvvəllər də şəhərdə görmüşəm.
7
Nöqtələrin yerinə hansı işarə əvəzlikləri uyğun gəlir?
həmin, o, belə, bu, elə
.... çobanın ... də sürüsü olar.
.... yanı qaya, ... yanı qaya, içində sarı maya.
Qılınc ... qılıncdır, qol ... qol deyil.
Mən ... sevincimi yalnız səninlə bölüşə bilərəm.
Ömrünün ... illərini ürək ağrısı ilə xatırlayırdı.