Bu dağda mənəm sənsiz,
Dağı enmənəm sənsiz.
Harda ahu mələsə,
Bil ki, o
mənəm sənsiz.
Araqçının məndədir,
Sərmişəm, çəməndədir.
Dünya gözələ dönsə,
Mənim gözüm
səndədir.
Keçmə, Araz dərindir,
İçmə, suyu sərindir.
Həsrət baxan bu ellər
Sənin də ellərindir.
Əzizim, səni, Təbriz,
El sevər səni, Təbriz.
Al qoynuna əzizlə
Anatək məni, Təbriz.