5
Hər sətirdəki saylara xas olan ümumi cəhətləri söyləyin.
- Otuz, otuz bir, min beş yüz səksən iki
- Üç yüz altmış beş, on dörd, qırx səkkiz
- Onlarla, xeyli, çox
- Minlərlə, onlarla, yüzlərlə
- Beş, üç, yüz, dörd
- Qırx altıncı, min doqquz yüz on birinci, min beş yüz səksən ikinci
6
Mətni oxuyun və sayları aid olduğu isimlə birgə köçürün.
Alfred Nobel İsveç ixtiraçısı Emmanuel Nobelin dörd oğlundan biri idi. Dinamiti ixtira etmiş Alfred bu ixtiranın hesabına xeyli vəsait əldə etmişdi. 1895-ci ildə o öz adına fond təsis etdi. Fondun 31 milyon İsveç kronu həcmində vəsaitinin 12,4%-i (3,74 milyon kronu) Bakıdakı “Nobel qardaşları” şirkətindən Alfredə düşən payın hesabına yaranmışdı. 1901-ci ildən bəşəriyyət üçün böyük xidmətlər göstərmiş insanlara Nobel fondundan mükafatlar verilir.
*Mətndəki hansı saylar miqdar sayı deyil?
*Mətndəki sayları aşağıdakı cədvələ uyğun qruplaşdırın.
Müəyyən miqdar sayları |
Qeyri-müəyyən miqdar sayları |
Sıra sayları |
Kəsr sayları |
|
|
|
|
- Mənim bir dənə bacım var.
- Kərimin 5 igid oğlanları var.
- Anam mənə 1 dənə ayaqqabı aldı.
- Bir çox suala hələ də cavab tapılmırdı.
- Kəndlilər 1 tikə suya həsrət qalmışdılar.
- Az nəfər adam olar ki, bu faciəyə laqeyd qalsın.
8
Hansı ifadə mənaca “1890-cı illər” ifadəsindən fərqlidir?
A)XIX əsrin sonları
B)1880-1890-cı illər
C) 1890-1900-cü illər
Ç) XIX əsrin 90-cı illəri