Nə anladın?
3
Mətnə əsasən tapşırıq və sualları yerinə yetirin.
- Durğu işarələrinin funksiyası nədən ibarətdir?
- Durğu işarələrinin yaranma zərurəti hansı proseslə bağlı idi?
- Mətnə əsasən sual və nida işarələrinin oxucuya hansı informasiyanı ötürdüyünü müəyyənləşdirin.
- Vergülün yaranması ilə bağlı hansı fərziyyə mövcuddur?
Düşün və cavab ver
*
4
Qruplara bölünərək müxtəlif sahələrdə istifadə olunan işarələr, onların mənaları və
təyinatı haqqında araşdırma aparın.
I qrup: Riyaziyyatda istifadə olunan işarələr;
II qrup: İnformatikada istifadə olunan işarələr;
III qrup: Musiqidə istifadə olunan işarələr;
IV qrup: Yazılarda istifadə olunan “N.B." və “P.S." işarələri.
Dil qaydaları
5
“Bunlardan biri ərəb dili ilə bağlıdır” cümləsində “bir” sayı hansı şəkilçi qəbul edib?
Yadda saxla!
SİFƏT VƏ SAYLARIN İSİMLƏŞMƏSİ
Bəzən cümlələrdə sifətlər və saylar isim kimi işlənə bilir: kim? nə? sualına cavab verir, hal, mənsubiyyət, cəm şəkilçiləri
qəbul edir:
1. Toxun acdan xəbəri olmaz.
2. Çoxu bizim dediklərimizlə razılaşdı.
Bu sözlər ismin qrammatik xüsusiyyətlərini qəbul etsə də, aid olduğu nitq hissəsini dəyişmir,
say, sifət olaraq qalır.
6
Cümlələrdə altından xətt çəkilmiş sözlərə sual verməklə qrammatik mənasını müəyyənləşdirin.
- Birinci siniflər çox həyəcanlı idilər.
- Birincilər çox həyəcanlı idilər.
- Hər gözəlin bir eybi olar. (Atalar sözü)
- Qocaların biliyi - cavanların biləyi.
- Biri işlər, on biri dişlər.
(Atalar sözü)
- Aza qane ol, çox qazanarsan
*
7
“Azlıq çoxluğa tabedir” cümləsində say işlənibmi? Arqumentlər gətirməklə suala cavab verin.