Yazı meydana gələnə qədər insanlar arasında yalnız şifahi ünsiyyət mövcud olmuşdur. İlk əlifba yarandıqdan sonra danışıq səsləri yazıda hərflər vasitəsilə işarə olunmağa başlandı. Bu hərflərin köməyi ilə sözlər, cümlələr yazıldı. Beləliklə, yazılı nitq meydana gəldi.
Lakin şifahi nitq təkcə danışıq səslərindən ibarət deyil. İnsan danışarkən nitqində intonasiyanın, vurğunun, pauzanın və s. əhəmiyyəti də az deyil.Yazıda bütün bu
Durğu işarələri mətnin daha asan qavranılmasına, səsli oxu zamanı düzgün ifadəsinə kömək edir. Lakin bu işarələr əlifba ixtira olunduqdan çox sonralar yaranmışdır. İlkin dövrlərdə yazıda nəinki durğu işarələri, heç sözlər arasında boş məsafə də olmurdu. Belə mətni oxumağın nə qədər çətin olduğunu təsəvvür edirsinizmi?
Yazı prosesinin özü də çətin iş idi. Mətnlər xəttatlar tərəfindən köçürülürdü. Bir kitabın köçürülməsi bəzən bir neçə ilə başa gəlirdi. Belə kitabları oxuyanların sayı da məhdud idi.
Kitab çapının meydana gəlməsi və daha geniş oxucu kütləsini əhatə etməsi mətnlərin daha anlaşıqlı, rahat oxunuşlu olması zərurətini yaratdı. Bunun üçün ilk növbədə sözləri, cümlələri bir-birindən ayırmaq lazım idi. İlk zamanlar mətndəki sözləri bir-birindən yazı xəttnin mərkəzində nöqtə qoymaqla ayırırdılar. Daha sonralar kiçik boşluq saxlamağa başladılar, nöqtə isə cümlənin bitdiyini bildirirdi. Cümlənin ilk sözünün böyük hərflə yazılması da mətnin daha asan qavranılmasına kömək edirdi.
Müasir dövrdə kitabların nə vaxtsa durğu işarələri olmadan çap edildiyini təsəvvür etmək çətindir. Biz bu işarələrə o qədər alışmışıq ki, bəzən onları heç hiss etmirik və deməli, lazımınca qiymətləndirmirik. Halbuki durğu işarələrinin hər birinin dildə öz yeri və maraqlı tarixi var.
Məsələn, sual işarəsi latin dilində “sual” mənası verən “quaestio” sözündən yaranmışdır.