Söz ehtiyatı
1
Lüğətdən istifadə edərək “kitabə”, “kurqan”, “spesifik”, “xaqan”, “ulus”, “törə” sözlərinin mənalarını izah edin.
Nə anladın?
2
Mətnə əsasən sualları cavablandırın.
İlk dəfə Orxon-Yenisey abidələri haqqında kim məlumat vermişdir?
İlk dəfə Orxon-Yenisey abidələrini hansı alim oxumuşdur?
Orxon-Yenisey abidələrinin tədqiqi türk dili və mədəniyyəti haqqında hansı məlumatı verir?
Qədim Göytürk dövləti haqqında hansı abidələr məlumat verir?
Düşün və cavab ver
3
Mətndəki hansı məqamlar qədim türklərin yüksək mənəvi keyfiyyətləri, qəhrəmanlığı və vətənpərvərliyi haqqında danışmağa əsas verir?
4
Bilgə xaqan abidəsindəki yazıdan gətirilmiş parçaya münasibətinizi bildirin. Bu sözləri necə başa düşürsünüz? Onlar sizdə hansı duyğuları oyadır?
5
Mətndən Orxon-Yenisey abidələri haqqında 5 ən vacib məqamı qeyd edin.
6
Mətni hissələrə bölərək yarımbaşlıqlarla adlandırın.
7
Mətndə verilmiş məlumatlardan istifadə edərək Orxon-Yenisey abidələrinin tədqiqi tarixinin xronoloji cədvəlini davam etdirin.
Nə vaxt?
Kim?
Nə edib?
XIII əsr
Stralenberq
Daş abidələr haqqında məlumat verib.
Dil qaydaları
8
Mətndə göy rənglə verilmiş ifadələrə diqqət yetirin. Hansı saylardan sonra gələn isimlər təkdə, hansılardan sonra cəmdə işlənir?