Dil qaydaları
8
Mətndə göy rənglə verilmiş miqdar saylarının yazılışına diqqət yetirin. Hansı sayların
yazılışında defisdən və şəkilçilərdən istifadə olunmuşdur?
Yadda saxla!
MİQDAR SAYLARINDA ŞƏKİLÇİLƏRİN YAZILIŞI
Rəqəmlə yazılan miqdar saylarına qrammatik şəkilçilər artırılarkən rəqəmlə şəkilçi arasında
defis qoyulur:
2-yə, 8-in, 15-dən, 33-ü, 56-sı, 50-dir.
Saylar eyni zamanda həm mənsubiyyət, həm də hal şəkilçisi qəbul etdikdə rəqəmdən sonra
yalnız sonuncusu yazılır:
yanvarın 4-də, ayın 17-dədir.
9
Sözlə verilmiş miqdar saylarını rəqəmlə yazın.
üçdə bir, bir milyon yarım, beş min, iki tam onda bir, altıdır,
iyirmi ikisində, onda beşini, dörddə birindən, min doqquz yüz otuz iki
10
Nöqtələrin yerinə müvafiq saylar əlavə etməklə cümlələri tamamlayın.
- Məktəbimizdə dərslər saat ... başlayır.
- Respublika Günü mayın ... qeyd olunur.
- 3 ay 1 ilin ... hissəsidir.
- Biz hər il yanvarın ... Şəhidlər xiyabanına gedirik.
11
Sayların yazılışında buraxılmış səhvləri düzəltməklə cümlələri köçürün.
- Toy ayın 25-indədir.
- Aprelin 18-ində mənim ad günümdür.
- 12-i 3-ə vuranda 36 edir?
- Müəllim şagirdlərdən 2-sini növbətçi təyin etdi.
12
Altindan xəti çəkilmiş sayları rəqəmlə ifadə edin.
2020-ci il noyabrın səkkizi... Vətən müharibəsinin qələbə
tarixi...
Dekabrın onunda Azadlıq meydanında Vətən müharibəsindəki
qələbəyə həsr olunmuş Zəfər paradı
keçirildi. Paradda üç mindən çox şəxsi heyət iştirak edirdi.
Burada yüz əlliyə yaxın hərbi
texnikanın, həmçinin düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Paradda müharibədə həlak olmuş şəhidlərimizin sayına uyğun olaraq iki min yeddi yüz səksən üç
türk əsgəri də iştirak edirdi.
13
Miqdar saylarının müxtəlif yazılış formalarından istifadə edərək son bir həftədə həyatinızda
baş vermiş mühüm hadisələri qeyd edin.