Məsələn, Budapeştdə quraşdırılmış “Vaxt təkəri” adlı qum saatının hündürlüyü 8 metrdir. Orada
qumun tökülməsi düz bir il çəkir. İldə bir dəfə, dekabrın
31-də onu tərsinə
çevirirlər.
Əsrlər ərzində həyat dəyişdi, daha səs-küylü, işgüzar oldu. İnsanlar öz
vaxtlarının qədrini bilməyə başladılar. Saatlar da görkəmini dəyişdi: 12 rəqəmli
siferblat, saat şüşəsi və üç əqrəb. İndi saniyənin milyonda birini
ölçməyə qadir olan saatlar var. Müasir həyatımızı dəqiq işləyən saatsız təsəvvür
etmək çətindir.
Düşün və cavab ver
5
Sizcə, nə üçün insanlar günəşi ən etibarlı saat hesab edirdilər?
6
Nəyə görə Misir günəş saatında istifadə olunan taxta üzərində 12
deyil, 6 xətt cızılırdı?
7
Günəş, su və qum saatlarını müqayisə edin. Onların üstünlüklərini və
çatışmayan cəhətlərini müəyyənləşdirin.