1945-ci ildə SSRİ Elmlər Akademiyasının prezidenti B.L.Komarov Yusif Məmmədəliyevin fəaliyyətini yüksək qiymətləndirərək demişdi: “Təkcə Yusif Məmmədəliyevə görə Azərbaycanda Elmlər Akademiyası açılmalıdır”. Doğrudan da, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis edildi. Müharibədən sonra Yusif Məmmədəliyev Akademiyanın prezidenti, Azərbaycan Dövlət Universitetinin rektoru vəzifələrində çalışdı.
Görkəmli alim 1961-ci ildə dünyasını dəyişdi. Elmin inkişafında böyük xidmətlərinə görə 1998-ci ildə Bakıda, Elmlər Akademiyasının Rəyasət Heyətinin binası yanında alimin heykəli qoyuldu.
Yunis Xəlilovun “Yusif Məmmədəliyev nə üçün
Nobel mükafatı ala bilmədi" məqaləsi əsasında