1942-ci il dekabr ayının 31-i idi. Həmin gün hamı 37 yaşı tamam olmuş gənc alim Yusif Məmmədəliyevi təbrik edirdi. Təkcə doğum günü münasibətilə deyil, eyni zamanda yeni kəşfinə görə. O, aviasiya üçün yeni, yüksək keyfiyyətli yanacaq icad etmişdi. Məhz bunun sayəsində II Dünya müharibəsi zamanı faşistlərlə gedən döyüşlərdə sovet qırıcı təyyarələri havada üstünlüyü ələ keçirmişdi. Bununla əlaqədar o dövrün qəzetləri yazırdı: “Sovet aviasiyasının məşhur qəhrəmanla- rından, igid qırıcı-təyyarəçilərdən soruşun,
Gənc alimin kəşfi yüksək qiymətləndirildi. Ölkənin Ali Baş Komandanı Stalin özü onu Lenin ordeni ilə təltif etdi. O dövrdə bu, SSRİ-də ən yüksək mükafat idi. Yusif Məmmədəliyev kimya elmləri doktoru alimlik dərəcəsi və professor elmi adı aldı.
12 il sonra Yusif Məmmədəliyev digər böyük ixtirası ilə dünya elminə yeni töhfə verdi. Belə ki, onun icad etdiyi raket yanacağının köməyi ilə sovet kosmik raketləri atmosferi yarıb orbitə çıxa bildi və dünyada ilk dəfə olaraq 1957-ci ildə sovet süni peyki çəkisizlik şəraitinə qalxdı.
Bütün bu yüksək nailiyyətləri nəzərə alaraq keçmiş SSRİ-nin elmi dairələri Yusif Məmmədəliyevin Nobel mükafatina namizədliyini irəli sürdülər. Həmin məsələ Moskvada dövlət səviyyəsində keçirilən iclasda müzakirəyə çıxarıldı. İclas iştirakçıları Yusif Məmmədəliyevin kəşfi ilə bağlı sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəldilər. Lakin sovet ordusunun marşalı Baqramyan, tank qoşunları komandanı general Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu kəşfə dair məlumatın açıqlanmasını məsləhət görmürdülər. Bir çoxları buna etiraz etdilər. Lakin ticarət naziri Mikoyan çıxış edərək deyilənlərə haqq qazandırdı və generalları dəstəklədi.
Beləliklə, üç yüksək vəzifəli erməninin işə qarışması ilə Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmadı.
Lakin bu dahi şəxsiyyətin fəaliyyəti həmişə yüksək elmi dairələrin diqqət mərkəzində olmuş, layiqli qiymətini almışdır.