Ədviyyatı, qızılı, gümüşü, daş-qaşı silah gücünə alıb gəmilərə doldurdular. Beləliklə, böyük coğrafi kəşflər müstəmləkə işğallarının başlanmasına zəmin yaratdı.
1524-cü ildə Vasko da Qama Hindistana vitse-kral təyin olunsa da, ölümü gələcək müstəmləkə planlarını həyata keçirməyə mane oldu.
Arzu Quliyeva
Nə anladın?
1
Mətnə əsasən suallara cavab verin.
- Portuqallar nə məqsədlə yeni torpaq axtarışına çıxmışdılar?
- Nə üçün bu ekspedisiya Vasko da Qamaya tapşırıldı?
- Vasko da Qamanın ekspedisiyası nə ilə nəticələndi?
2
“Ümid burnu” ifadəsindəki “burun” sözü omonimdir, yoxsa çoxmənalı sözdür?
Düşün və cavab ver
3
İki qrupa ayrılıb debat keçirin.
- Coğrafi kəşflərin bəşər tarixi üçün əhəmiyyəti böyükdür.
- Coğrafi kəşflərin gətirdiyi bəlalar onun əhəmiyyətini üstələyir.
Dil qaydaları
4
Mətndə göy rənglə verilmiş saylara diqqət yetirin. Həmin sayların quruluşca növünü müəyyənləşdirin. Fikrinizi əsaslandırın.
Yadda saxla!
SAYIN QURULUŞCA NÖVLƏRİ
Sayın quruluşca 3 növü var: sadə, düzəltmə və mürəkkəb.
Sadə saylar bir kökdən ibarət olur:
üç, beş, on, min, xeyli və s.
Düzəltmə saylar sadə saylara leksik şəkilçilər artırmaqla yaranır:
birinci, səkkizinci, yüzlərcə, minlərlə, çoxlu.
Mürəkkəb saylar iki və daha artıq sayın birləşməsindən əmələ gəlir:
beş-altı, on iki, beş tam onda üç.
5
Sayları sözlərlə ifadə edin və quruluşca növünə görə qruplaşdırıb yazın.
27; 9; 6-7; 265; 15; 2,5; 1520; II; 21; 3; 20-ci
6
Aşağıda verilmiş söz birləşmələrindən istifadə edərək II Qarabağ müharibəsi haqqında esse yazın.
Yüzlərlə tank, bir neçə məktəbli, qalib ordu, çoxlu döyüş texnikası, qəhrəman oğullar, şəhidlər, qürur hissi, azad edilmiş torpaqlarımız