10
Nöqtələrin yerinə uyğun numerativ sözləri seçin.
baş, dəst, damcı, dənə, dilim, nəfər, top, cüt
- Qaranlıqda fosfor kimi parıldayan bir ... göz ona baxırdı.
- Mağazaya beş ... mətbəx mebeli gətirilmişdi.
- Olimpiadada iştirak etmək üçün on ... şagird seçildi.
- Həkim xəstənin gözünə iki ... dərman tökdü.
- Tacir cəmi üç ... çit sata bildi.
- Naxırçı kəndin yüz əlli ... inəyini dağın ətəyində otarırdı.
- Stolun üstündə dörd ... qarpız var idi.
- O, kitabxanadan üç ... kitab götürdü.
11
Uyğunluğu müəyyən edin.
bir cüt
bir tikə
bir dəstə
bir litr
bir ton
bir dəst
kostyum
qum
ayaqqabı
çörək
süd
gül
12
Cümlələrdə altından xətt çəkilmiş sözlərin numerativ söz, yoxsa əsas nitq hissəsi kimi
işləndiyini müəyyən edin.
- O, ilk maaşından anasına bir dəstə gül aldı.
- Alpinistlərdən ibarət dəstə dağın başına çatdı.
- Gəlin büllur stəkanda qonağa çay gətirdi.
- Hava isti olduğundan mən üç stəkan su içdim.
- Qoca çayına iki qaşıq zoğal mürəbbəsi töküb qarışdırdı.
- Bu gümüş qaşıq ona nənəsindən yadigar qalmışdı.
- Qurban bayramında bazara 200 baş qoyun çıxarılmışdı.
- Baş bədənin tacıdır, gözlər onun daş-qaşı.
- Dükanın qarşısında iki yeşik alma var idi.
- Dükanın qarşısındakı yeşik alma ilə dolu idi.
13
Qruplarla iş. Verilmiş sözləri həm numerativ söz, həm əsas
nitq hissəsi kimi cümlədə işlədin.
vedrə, damcı, parça, top, ədəd, çəllək, metr, tikə
Nümunə:
Vedrəni götürüb su gətirməyə getdi.
Çaydan iki vedrə su gətirdi.