XV əsrin sonlarında Avropada Amerika qitəsindən heç kimin xəbəri yox idi. İtaliyanın Genuya şəhərindən olan əfsanəvi dəniz səyyahı Xristofor Kolumb özü də bilmədən Amerikanı kəşf etdi...
Avropada həmişə Şərqlə, xüsusilə də Hindistanla maraqlanırdılar. Hindistanın qızılı və ədviyyatı, xalça və bəzək əşyaları varlanmaq istəyən avropalıları cəlb edirdi. O dövrdə Avropadan Hindistana
1485-ci ildə İspaniyaya köçmüş 34 yaşlı Kolumb artıq geniş coğrafi biliklərə yiyələnmiş və dənizçilik işində böyük təcrübə toplamışdı. O, hesablamalar apararaq bu qərara gəlmişdi ki, Avropadan qərbə doğru üzməklə Atlantik okeanından keçib Hindistana çatmaq olar. Niyə də olmasın? Axı o zaman artıq hamıya məlum idi ki, Yer kürə şəklindədir. Lakin bu kürənin ölçüləri barədə heç kimin dəqiq təsəvvürü yox idi.
Belə bir ekspedisiyanı təşkil etmək üçün böyük vəsait lazım idi. Ona görə də Kolumb yardım üçün əvvəlcə doğma Genuyanın tacirlərinə müraciət etdi. Lakin tacirlər ona inanmadılar. Ölçüsü bilinməyən bir okeanı üzüb keçmək ideyası hamıya ağılsızlıq və dəlisovluq kimi görünürdü. Daha sonra Kolumb Portuqaliya kralını Hindistan zənginlikləri ilə şirnikləndirmək istədi. Kral da bu ideyaya etinasız yanaşdı. Lakin Kolumb inadından dönmürdü. Nəhayət, onun inandırmaq bacarığı öz işini gördü. İspaniya kraliçası İzabella qartalburunlu, mavigözlü dənizçinin bu riskli ideyasına “hə” dedi. Onun yardımı ilə Kolumb ekspedisiya təşkil etməyə müvəffəq oldu.
1492-ci il avqust ayının 3-də Xristofor Kolumb üç ədəd yelkənli gəmi və böyük heyətlə uzaq səfərə çıxdı. Səfərdə onu 90 nəfər dənizçi müşayiət edirdi.
Passat küləyi bir qaydada əsir, gəmilər okeanın sakit sularında sürətlə üzürdü. Gəmidəki yeganə kayutda kapitan qalırdı, qalanlar isə göyərtədə yatırdılar. Matroslar mahnı oxuya-oxuya növbəni dəyişirdilər: