Lüğətdən istifadə edərək “heroqlif”, “müyəssər olmaq”, “papirus”, “perqament”, “linqvist”,
“prinsip”, “funksiya”, “firon” sözlərinin mənalarını izah edin.
Nə anladın?
2
Mətndə hansı suallara cavab yoxdur?
Rozetta daşını tapan əsgərin adı nə idi?
Rozetta daşı nə üçün ingilislərə verildi?
Rozetta daşının üzərində hansı əlifba ilə yazılmış mətnlər var idi?
Şampolyon Rozetta daşının mətnini necə əldə etmişdi?
Misir heroqliflərinin sirrini açmaq üçün Şampolyon hansı hərflərdən istifadə etdi?
Misir heroqlifləri arasında səs bildirən işarələr varmı?
Düşün və cavab ver
*
3
Mətndə verilmiş məlumatlardan istifadə edərək sillogizm qurmaqla aşağıdakı suallara cavab
verin:
Şampolyon neçənci ildə anadan olmuşdur?
Rozetta daşı tapılanda Şampolyonun neçə yaşı var idi?
Rozetta daşı tapılandan neçə il sonra sirri açıldı?
4
Mətnin tarixçilər və dilçilər üçün maraqlı olan hissələrini seçin.
5
Sizcə, nə üçün Rozetta daşının oxunması tarix və dilçilik elmində böyük kəşf hesab edilir?
Yazı
6
Sizcə, elmi kəşf etmək üçün hansı xüsusiyyətlərə malik olmaq lazımdır? Bu barədə
fikirlərinizi ümumiləşdirərək mühakimə xarakterli mətn yazın.
Şifahi nitq
7
Mətndə adıçəkilən tarixi şəxsiyyətlər haqqında əlavə məlumatlar toplayaraq təqdimat
hazırlayın.