6
Yönlük halda olan sözləri seçin. Səhvləri düzəldib köçürün.
- Nəniyə, babıya hörmət olmayan yerdə bərəkət olmaz.
- Alma almıya bənzər.
- Yük ağır olduğundan arabıya qoşulan atlar çətinliklə yeriyirdi.
- Ənəniyə sadiq qalaraq bayram axşamı tonqal yandırdılar.
Sözlərin kökünü müəyyən edin. Səhvlərdəki ümumi cəhəti
müəyyənləşdirin.
7
“Dülgər oğlu” mətnində göy hərflərlə verilmiş sözlərin deyilişi ilə yazılışı arasındakı fərqi
müəyyənləşdirin.
Yadda saxla!
ÇIXIŞLIQ HALDA OLAN SÖZLƏRİN YAZILIŞI
İsmin çıxışlıq hal şəkilçisi (-dan2) m, n
samitləri ilə bitən sözlərə qoşulduqda [-nan2] kimi tələffüz olunur. Bu cür sözlərin yazılışında
diqqətli olmaq lazımdır.
Düzgün
yazılış
|
məndən
|
özümdən
|
maşından
|
qandan
|
Yanlış |
mənnən
|
özümnən
|
maşınnan
|
qannan
|
8
Hansı cümlələrdə çıxışlıq hal şəkilçisi qəbul etmiş söz var?
- Çaydan qaynayan kimi mənə xəbər elə.
- Qızlar yığışıb çaydan su gətirməyə getdilər.
- Hərdən gördüyüm işlər haqqında özümə hesabat verirəm.
- Qurddan qorxan qoyun saxlamaz.
- Bu sözü qəsdən dedim.
*
9
Hansı cümlələrdə [-nan2] çıxışlıq hal şəkilçisinin tələffüz formasıdır?
- [Rüstəmnən] yola getmək çox çətindir.
- O, qapını döyüb [ehtiyatnan] içəri daxil oldu.
- Bunu [atannan] soruşarsan.
- [Atamnan] gəzməyə getdim.
- Əli [aşınnan] da olduq, Vəli [aşınnan] da.
- Bu kitabı evin yanındakı [dükannan] almışam.
- Bu sözlər işıqlı gələcəyə [inamnan] xəbər verir.
- Bu sözləri elə [inamnan] dedi ki, hamımız ona inandıq.
10
Səhvləri düzəltməklə cümlələri köçürün.
- Mənnən demək, sənnən eşitmək.
- Təyyariyə minik başlandığınnan qapıları bağlamışdılar.
- Eşitdiyinnən yox, gördüyünnən danış.
- Uşaqlar kirpiyə diqqətnən baxırdılar.
- Baba çantıya yığdığı sovqatdarı nəvələrinə verdi