Çiyininin üstündən dönüb geri baxdı. Uşaqlığı, gəncliki keçmiş bu ev ona çox qəribə göründü. Sanki hamıdan küsmüş, talesinin belə olması ilə bir-təhər razılaşmışdı.
Ürəyi ağradı. Gözləri doldu. Anasınnan sora bura heç gəlməmişdi. İndi səhf elədiyini anladı. Sanki anası qarşısında durub incik baxışlarnan ona baxırdı, onun ocaqına olan laqeyidliyinin səbəbini öyrənmək istiyirdi.
Başını aşağı saldı. Göz yaşları yanağınnan süzülüb dodağına düşdü. Ağzına şor və eyni zamanda acı bir dad yayıldı.
Talesi elə gətirmişdi ki, ata ocağınnan uzaq düşmüşdü. Amma indi burda özünə söz verdi. Söz verdi ki, anasının ruhu yaşıyan bu evi heç vaxt tək qoymuyacaq.