Qeyri-müəyyənlik bildirən təsirlik halın xüsusi qrammatik şəkilçisi yoxdur. İsmin bu halında olan söz nə? sualına cavab verir və cümlədə, əsasən, feildən əvvəl işlənir. Məsələn: El bir olsa, dağ oynadar yerindən, söz bir olsa, zərbi kərən sındırar.
Qeyri-müəyyənlik bildirən təsirlik halda olan sözlər formaca adlıq halda olan isimlərə oxşayır. Onları yalnız kontekst daxilində fərqləndirmək mümkündür. Məsələn: Anam xörək bişirdi. Xörək bişdi.