10
Sağ və sol sütunda verilmiş sözlər arasındakı uyğunluğu müəyyən edib onlara müvafiq şəkilçilər
artarmaqla söz birləşmələri düzəldin. Hansı birləşmələrdə birinci sözə yiyəlik hal şəkilçisi
artarmaq olmur?
- pəncərə
- məktəb
- müstəqillik
- ədəbiyyat
- respublika
- diş
a)həyət
b)həkim
c)şüşə
ç)prezident
d)dərslik
e) gün
*
11
Altandan xətt çəkilmiş sözün ismin hansı halında olduğunu müəyyənləşdirin və fikrinizi
əsaslandırın.
- Abdulla Şaiq Azərbaycan uşaq ədəbiyyatanın ən parlaq
simalarından biridir.
- Mənimlə bir parta arxasında oturan uşaq ədəbiyyata çox sevir.
12
Altandan xətt çəkilmiş birləşmələrin birinci tərəfini müəyyənlik bildirən yiyəlik halda
işlətməyə çalışın. Hansı cümlələrdə bunu etmək mümkün deyil?
- Əsgərlər qala qapısının ağzında keşik çəkirdilər.
- Xəzər dənizi dünyada ən böyük göldür.
- Balıq yağı gözün müalicəsində istifadə olunur.
- İstirahət günləri dostlarımla gəzintiyə çıxacağam.
- Bağçadakı meyvə ağacları yenicə çiçəkləyirdi.
13
Hansı cümlədə “daş” sözü qeyri-müəyyənlik bildirən yiyəlik haldadır?
- Vüqar daş hasarı rəngləmək qərarına gəldi.
- Rəngsaz daş rəngi almaq üçün bir neçə rəngin qarışığından istifadə etməli oldu.
- Daş döşəməyə iri, qədim xalça salınmışdı.
14
Fərqləndirilmiş sözləri uyğun olaraq müəyyənlik və ya qeyri-müəyyənlik bildirən yiyəlik halda
işlətməklə cümlələri oxuyun.
- İnsan/insanın biliyi artdıqca gücü də artır.
- Cəsarət qol/qolun gücündən deyil, ruh/ruhun gücündən yaranır.
- Zər/zərin qədrini zərgər bilər.
- Həqiqət/həqiqətin alovu onu aparanın əlini yandırır.
- Xalq/xalqın müdrikliyinin əsasını təcrübə təşkil edir.
Ən çox xoşunuza gələn kəlamı şərh edin.