Əşyanın hansı şəxsə (I, II, III) aid olduğunu bildirmək üçün sözə aşağıdakı mənsubiyyət şəkilçiləri artarılır:
Şəxslər | Tək | Cəm | ||
Şəkilçi | Nümunə | Şəkilçi | Nümunə | |
I şəxs | -ım4 (-m) | dəftər-im çanta-m |
-ımız4 (-mız4) | dəftər-imiz çanta-mız |
II şəxs | -ın4 (-n) | dəftər-in çanta-n |
-ınız4 (-nız4) | dəftər-iniz çanta-nız |
III şəxs | -ı4 (-sı4) | dəftər-i çanta-sı |
-ı4 (-sı4) | dəftər-i çanta-sı |
Mənbə, mövqe, mənafe, tale, mənşə, su, nə sözlərinə mənsubiyyət şəkilçisi artarıldıqda y bitişdirici samitini qəbul edir. Məsələn: tale-y-im, mənafe-y-in, mənbə-y-i, nə-y-imiz, mənşə-y-i.