- Qulaq asın, mənim pulum var və mən möcüzənin haqqını ödəyə bilərəm. Əgər bu pullar çatmasa, mən yenə taparam. Siz bircə qiymətini deyin.
Əczaçının çox səliqəli geyinmiş qardaşı qızcığaza tərəf əyildi:
- Qardaşına necə möcüzə lazımdır, balaca?
- Mən bilmirəm, - deyə Tanya köksünü ötürdü. - Bircə bilirəm ki, o çox xəstədir. Ancaq atamın möcüzə almağa pulu yoxdur, buna görə mən öz pulumu gətirmişəm.
- Sənin nə qədər pulun var ki? - deyə kişi soruşdu.
- Otuz rubl otuz qəpik, - deyə Tanya cavab verdi. - Bunların hamısı mənim pulumdur. Amma lazım olsa, mən yenə taparam.
Əczaçının qardaşı qızın əlindən tutdu və onu evlərinə aparmağı xahiş etdi:
- Mən sənin valideynlərinlə görüşmək və qardaşına baxmaq istəyirəm. Görək sizə necə möcüzə lazımdır.
Bu gözəl geyimli adam paytaxt klinikalarının birində işləyən məşhur neyrocərrah Fyodorov idi. O heç bir haqq almadan Andreyin üzərində cərrahiyyə əməliyyati apardı və Tanyanın qardaşı tezliklə evə tamamilə sağlam qayıtdı.
Həmin gün Tanyagilin balaca mənzilində hamının üzündən xoşbəxtlik yağırdı.
- Bu həkimin gəlişi əsl möcüzə oldu, - deyə ana nəvazişlə oğluna baxıb pıçıldadı. - Maraqlıdır, görəsən, bu əməliyyat neçəyə başa gələrdi?
Tanya isə gülümsəyirdi. O, möcüzənin qiymətini dəqiq bilirdi: otuz rubl otuz qəpik. Bir də kiçik qızın böyük inamı...